Müdafiə Nazirliyinin həlak olan hərbi qulluqçusu Tarverdi Cəfərli ilə bağlı yeni detallar məlum olub.
Yaxınlarının verdiyi məlumata görə, o, 2006-cı ildə İmişli rayonunun Qızılkənd kəndində anadan olub.
Ailədə 2 uşaq olublar. Tarverdinin özündən kiçik qardaşı orta məktəbdə oxuyur.
O, orta məktəbi bitirdikdən sonra bu ilin yanvar ayında Naxçıvana hərbi xidmətə yola salınıb.
Hərbi qulluqçu bu gün doğulduğu kənddə dəfn ediləcək.