Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Azər Qasımlı üstümə "reket" göndərmişdi"

"Azər Qasımlı üstümə "reket" göndərmişdi"

Politoloq Azər Qasımlıya böhtan ataraq onun həbsinə səbəb olduğu deyilən Qurbanəli Ömər açıqlama yayıb. 

O, barəsində yalan və alçaldıcı kampaniya başladıldığını bildirib. 

"Paylaşınlar yalandan və siyasi manipulyasiyadan başqa bir şey deyil. Azər Qasımlını 2016- cı ildən tanıyıram. 2020- ci ilin sentyabrına kimi, xüsusilə 2018-2020 ci illərdə münasibətlərimiz çox yaxşı olub. 2020- ci ilin may ayında isə onunla şərikli iş birliyimiz olub, daha dəqiq desəm, o Binance birjasındakı hesabının login və şifrəsini al-sat etmək üçün (email və hər hansı bir çıxarış hüququm olmayıb) mənə vermişdi. 2020- ci ilin sentyabrında “Vətən Müharibəsi” ilə əlaqədar olaraq ölkə ərazisində internetin verilməsi məhdudlaşdırıldı. Bu və ya digər başqa səbəblərdən onun hesabındakı məbləğ azaldı və ilk olaraq, başa- baş olduğu zaman mən ona hesabı təhvil verib, halallaşmaq istədiyimi desəm də razılaşmadı və bundan sonra münasibətlərimiz pozuldu. Daha sonra dəymiş ziyanın öz payıma düşən hissəsinin təxminən yarısını ödədiyim, geri qalanı isə balansındakı tokenlər yüksəlməzsə, ödəyəcəyimi bildirdiyim halda, yenə mənimlə razılaşmadı və münasibətlərimiz daha da gərginləşdi", - deyə qarşı tərəf bildirib. 

Onun sözlərinə görə, Azər Qasımlı dəfələrlə onu hədələyib:

"Hətta üstümə "reket" göndərmişdi. Bunlar hamısı faktlardır və aidiyyatı üzrə təqdim edilib. Bu illər ərzində Azərin mənə və ailəmə yaşatdıqları, bu günlərdə bir daha gözümün önündən keçdi. İnternetdə paylaşılan məhkəmə qərarına gəlincə, o da elə məhkəməyə təqdim etdikləri sənədləri kimi təhrif olunmuş statusdur, çünki Mingəçevir məhkəməsinin qərarından şikayət etmişdik və qərar ləğv edilmişdi. Əvvəla, Mingəçevir Məhkəməsindən çox gec xəbərimiz olub, haqsız yerə və təhrif olunmuş məlumatlarla valideynlərimin yaşadığı mülkiyyətə (mənim adıma olmayan) həbs qoydurmuşdu. Atam Azərə dəymiş ziyanın geri qalan yarısını, yəni təxminən 4-6 min dollar ödəməyə hazır olduğu bildirsə də, o israrla Bitcoin tələb edirdi. Şəki Apelyasiya məhkəməsi, həmçinin Ali Məhkəmə mənim xeyrimə qərar çıxarıb, onun vəsatətləri təmin edilməyib. Sosial mediada isə elə təqdim edirlər ki, guya mən Azərin üzünə durmuşam". 

Qurbanəli Ömər Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlının sosial şəbəkə statuslarından sonra ailəsinin təhqir olunduğunu deyib. O, ailəsinin dəfələrlə Azər Qasımlı tərəfindən hədələndiyini iddia edib. 

"Azər Qasımlı siyasi statusundan istifadə edərək konkret Allahlıq edirdi. Bu gün isə məni elə təqdim edirlər ki, guya mən bir gündə Qasımlıdan şikayət etmişəm. Qasımlı isə məni zəif görüb, öz əsirinə çevirmək üçün əlindən gələni etdi. Onun mənə nələr yaşatdığını bir Allah, bir də ailəm ilə dostlarım bilirdi". 

Qurbanəli Ömər sosial şəbəkələrdə haqqında təhqiredici sözlər yazanların da əməlinə hüuqi qiymət verilməsinə çalışacağını deyib.

Qeyd edək ki, Azər Qasımlı dekabrın 8-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə-zor tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də