Türkiyədə bir uşaq atası tək yaşadığı evdə donaraq ölüb.
RegionTV.info Sonxeber.az-a istinadən xəbər verir ki, Zonquldaqda yaşayan 46 yaşlı Yaşar Sevimcdən bir müddət xəbər tutmayan yaxınları onun yaşadığı mənzilə gediblər.
Mənzilə daxil olan qonşular onun donmuş meyitini tapıblar.
Sevimcin meyiti ekspertiza üçün morqa aparılıb.
İlkin ehtimala görə, o, evindəki soba yanmadığı üçün donaraq ölüb.
Xəbəri paylaş