
Bunu Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransında elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bu yanaşmanın doğru olmadığını bildirib: "Çünki təhsil sistemi yalnız saatların cəmindən ibarət deyil. Bəzi universitetlərdə tədqiqat aparmaq üçün otaq belə yoxdur. Bu halda həmin şəxslərdən tədqiqat aparmalarını gözləmək doğru olmaz".
O qeyd edib ki, Azərbaycanda həm ali, həm də elmi-tədqiqat müəssisələrinin sayı bizimlə eyni qədər əhalisi olan ölkələrlə müqayisədə daha çoxdur: "Amma təəssüf ki, bu saya uyğun elmi-tədqiqat işləri yoxdur”.
Emin Əmrullayevin sözlərinə görə, bunun səbəbi statusla bağlıdır: “Biz nə qədər statuslara fikir verib fəaliyyətə fikir verməyəcəyiksə, birincinin sayının artması, ikincinin olmaması reallığı olacaq. Amma çalışmalıyıq ki, saylarla elmi fəaliyyəti bir-birinə uzlaşdıraq. Elmi fəaliyyəti olmayan elmi müəssisə olmamalıdır. Bu, çətin prosesdir. Amma, məncə, bu prosesdə birgə irəliləməliyik”.