Türkiyədə kişi qumar borcuna görə bronxial astma xəstəsi olan həyat yoldaşını boğaraq öldürüb.
RegionTV.info Sonxeber.az-a istinadən xəbər verir ki, 3 ildir ki, evli olan 42 yaşlı Süleyman Güngörmüş, nişan üzüyünü satdığına görə, həyat yoldaşı Mələk Güngörmüşlə mübahisə etməyə başlayıb.
Əvvəl də astma xəstəsi olan həyat yoldaşını döyən Süleyman Güngörmüş, mübahisə zamanı həyat yoldaşını boğmağa başlayıb.
Mələk Güngörmüşün öldüyünü görən Süleyman Güngörmüş qardaşına zəng edərək həyat yoldaşını öldürüdüyünü bildirib.
Süleyman Güngörmüşün qardaşı təcili yardım və polislə mənzilə daxil olub.
Həyat yoldaşını öldürən Süleyman Güngörmüş könüllü olaraq polisə təslim olub.
Xəbəri paylaş