![Taksi sürücüləri arasında mübahisə - Biri bıçaqlandı](https://files.modern.az/photo/orginal/2024/12/05/1733376289_editor_b9eeac4988a7a54553518f9291338dab_m46nyx8gw2qo17zi5f0e.jpg)
Gəncədə taksi sürücüsünü bıçaqlayan şəxs tutulub.
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şəhər sakini C.Həsənova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş 1980-ci il təvəllüdlü Azər İsgəndərov saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, hadisə şəhərin "Natavan 2" yaşayış massivi adlan ərazisində qeydə alınıb. Belə ki iki nəfərin arasında düşən mübahisə zamanı 1991-ci il təvəllüdlü C.Həsənov bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaya yerləşdirilib, dərhal əməlliyat edilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Xatırladaq ki, hər iki şəxs taksi sürücüsü olub. Faktla bağlı araşdırmalar davam etdirilir.