Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Beyin çürüməsi" ilin sözü oldu

"Beyin çürüməsi" ilin sözü oldu

Oksford İngilis dili lüğəti ilin sözünü açıqlayıb.

Bu barədə Oksford Universitetinin Nəşriyyat Departamentinə istinadən xəbər verir.

Məlumata görə, "brainrot" ("beyin çürüməsi") ilin sözü olub. Bu ifadə 37 min oxucu arasında səsvermə yolu ilə seçilib .

 

"Brainrot" aşağı keyfiyyətli onlayn məzmunun həddindən artıq istehlakı nəticəsində insanın psixi və ya intellektual vəziyyətinin pisləşməsini nəzərdə tutur. Bu söz ilk dəfə 1854-cü ildə Henry David Thoreau tərəfindən "Walden, ya da Meşədəki həyat" kitabında istifadə edilib. 2023-2024-cü illər arasında sözün istifadəsi 230% artıb. Oksford lüğəti qeyd edib ki, bu, onlayn məzmunun həddindən artıq istehlakının nəticələri ilə bağlı artan narahatlığın olduğunu göstərir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də