Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Xalq artisti ondan 55 min manat TƏLƏB EDİR

Xalq artisti ondan 55 min manat TƏLƏB EDİR

"Natiq" ritm qrupunun rəhbəri, Xalq artisti Natiq Şirinovun vaxtilə komandasında olan nağaraçı, "Amarok" zərb alətləri qrupunun rəhbəri Ramil Cahangirova qarşı məhkəmədə qaldırdığı iddia ilə bağlı yekun məhkəmə iclası keçiriləcək.

Bu barədə jurnalist Raminə Eyvazqızı sosial şəbəkə hesabında paylaşım edib.

Bildirilib ki, yekun iclas sabah Sumqayıt Şəhər Məhkəməsində keçiriləcək.

Xalq artisti məhkəmələrdə R.Cahangirovun onun patentləşdirdiyi qavaldaş maketini mənimsədiyini və ona uyğun özünə alət düzəltdiyini iddia edir. Bir neçə dəfə ekspertiza aparılsa da, konkret rəy və qərar verilməyib.

N. Şirinov qarşı tərəfə 55 min manatlıq təzminat iddiası qaldırıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də