Baş Dövlət Yol Polisi İdarəsi Biləsuvarda baş verən qəza barədə məlumat yayıb.
Açıqlamada hadisənin noyabrın 30-u saat 10 radələrində baş verdiyi bildirilib.
Qeyd olunur ki, HOWO markalı 90-JZ-892 dövlət qeydiyyat nişanlı yük avtomobili "Scania" markalı 59-AA-700 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub.
"Hadisə Ələt-Astara yolunun 111-ci kilometrliyində, Biləsuvar rayonunun Əsgərabad kəndi ərazisində baş verib. Yük maşını yolayrıcını keçmə qaydalarını pozduğuna görə avtobusla toqquşma baş verib. Avtobusun içərisində əyləşən sərnişinlərdən bir nəfər xəsarət alıb", - məlumatda deyilir.