Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda 8-9 ballıq zəlzələ təhlükəsi olan ərazilər var - VİDEO

Bakıda 8-9 ballıq zəlzələ təhlükəsi olan ərazilər var - VİDEO

Azərbaycanda ərazilərin seysmik təhlükə xəritəsi hazırlanıb.

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, sözügedən xəritə modeli artıq bir sıra inkişaf etmiş ölkələrdə istifadə olunur. Bu isə tikinti işləri zamanı xüsusən binaların təhlükəsiz ərazilərdə inşa edilməsinə şərait yaradır.

Qurban Yetirmişli bildirib ki, paytaxt ərazisində 8-9 ballıq ərazilər var. Sözügedən xəritə əsasında bu ərazilər müəyyənləşdirilib və faiz dərəcəsi ilə qiymətləndirilib.

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru onu da əlavə edib ki, zəlzələ zamanı təhlükəli hesab olunan ərazilərlə bağlı da mütəmadi olaraq təhlillər aparılır, torpaq qatı araşdırılır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də