
Noyabrın 27-də saat 22 radələrində Şəki şəhərində “Opel” markalı avtomobillə motosiklet toqquşub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisə nəticəsində motosikletin sürücüsü, 1978-ci il təvəllüdlü Mehman Camalov və sərnişini, 1982-ci il təvəllüdlü Natiq Abdullayev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.