
Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Uzuntəpə kəndinin ərazisində qeydə alınıb. Hərəkətdə olan "Prius" və "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Toqquşma nəticəsində "Prius" aşıb.
Qəzada xəsarət alan 3 nəfər rayon xəstəxanasına çatdırılıb. Onların rayona yas məclisinə gələn qonaqlar olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır.