Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ukraynaya ATACMS-dan istifadəyə icazə vermişik - Ağ Ev ilk dəfə təsdiqlədi

Ukraynaya ATACMS-dan istifadəyə icazə vermişik - Ağ Ev ilk dəfə təsdiqlədi

Ağ Ev təsdiq edib ki, Ukrayna Silahlı Qüvvələrinə Rusiyanın Kursk vilayətində və ətraf ərazilərdə özünümüdafiə üçün ATACMS uzaqmənzilli raketlərdən istifadə etməyə icazə verib.

Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiya üzrə müşaviri Con Kirbi brifinqdə bildirib.

“Onlar təcili ehtiyac yarandıqda özünümüdafiə üçün ATACMS-dan istifadə edə bilərlər və hazırda bu,  Kursk bölgəsində baş verir. Biz təlimatları dəyişdirdik və onlara müəyyən növ hədəfləri vurmaq üçün ATACMS-dan istifadə etmək icazəsi verdik”, - Kirbi deyib.

Bundan əvvəl Fransanın xarici işlər naziri Jan-Noel Barro BBC-yə müsahibəsində bildirib ki, Ukrayna özünümüdafiə məntiqi ilə Rusiyadakı hədəflərə qarşı Parisin verdiyi uzun mənzilli SCALP raketlərindən istifadə edə bilər. Nazir vurğulayıb ki, Qərb müttəfiqlərinin Rusiyanın hücumuna məruz qalan Ukraynaya dəstəyi ilə bağlı “qırmızı xətləri” olmamalıdır. Prezident Emmanuel Makronun əvvəllər dediyi kimi, bu, Fransanın döyüş bölgəsinə qoşun göndərə biləcəyi anlamına gəlirmi sualına Barrot deyib ki, Paris heç bir variantı güzəştə getmir.

Noyabrın 17-də məlum olub ki, ABŞ prezidenti Co Bayden Ukraynanın Rusiyaya hücum etmək üçün Amerikanın uzaqmənzilli ATACMS raketlərindən istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırıb. Bu qərar Şimali Koreya hərbçilərinin döyüş bölgəsində görünməsinə cavab idi. Sonra Böyük Britaniya Rusiyada “Storm Shadow” raketlərindən istifadə etmək üçün yaşıl işıq yandırdı.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də