ABŞ prezidenti Co Bayden və Fransa prezidenti Emmanuel Makronun yaxın 24 saat ərzində Livan “Hizbullah”ı ilə İsrail arasında atəşkəs elan edəcəyi gözlənilir.
Bu barədə “Reuters” agentliyinə Livandan olan dörd yüksək vəzifəli mənbə bildirib.
Fransa prezident administrasiyasındakı mənbə bildirib ki, Livanda atəşkəslə bağlı müzakirələr əhəmiyyətli irəliləyiş əldə edib.
“Biz amerikalı tərəfdaşlarımızla bu istiqamətdə işləməyə davam edirik. Ümid edirik ki, bütün iştirakçı tərəflər bu fürsətdən ən qısa zamanda yararlanacaqlar”, - açıqlamada deyilir.
Daha əvvəl “Asharq al-Awsat” qəzeti Bayden və Makronun çərşənbə axşamı günü 60 günlük atəşkəs elan edəcəyini yazıb.