Türkiyənin məşhur mədəniyyət xadimi İbrahim Tatlıses yenidən həkimlərə müraciət etmək məcburiyyətində qalıb.
O, bu barədə instaqram hesabında paylaşım edib.
2011-ci ildə silahlı hücuma məruz qaldıqlan sonra qismən iflic olan 72 yaşlı məşhur müğənni fizioterapevt ilə seanslara başladığını bildirib.
"Allah hamıya tez şəfa versin, yenidən yeriyəcəyimə inanıram. Dualarınızı əsirgəməyin", - deyə o qeyd edib və məşhur müğənni pərəstişkarlarından dəstək istəyib.