
Dini təhsilə vəsaiti daha çox artırmalıyıq.
Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bu gün keçirilən plenar iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı bildirib.
“Keyfiyyətsiz təhsil milli təhlükəsizlik üçün ən böyük təhdid sayılır. Dini arenada kənar təsirlərin Azərbaycana mənfi təsirləri daha qabarıq şəkildə özünü göstərməkdədir. Dini təhsilə vəsait artırılmalıdır”, - deyə komitə sədri bildirib.