ABŞ-da yaşayan azərbaycanlı jurnalist Qənirə Ataşova sosial şəbəkə hesabında estetik cərrah, “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasovanın əməliyyat etdiyi daha bir pasiyentin ağır vəziyyətdə olduğu barədə xəbər yayıb:
“Ülviyyə İlyasovanın qanunsuz apardığı cərrahi əməliyyat daha bir qadını ö*lümün pəncəsinə atıb. Noyabrın 14-də diplomu və tibbi təhsili olmayan Ülviyyə İlyasova qanunsuz şəkildə liposaksiya əməliyyatı həyata keçirib.1989-cu il təvəllüdlü, 35 yaşlı Bəsti Hacıyeva bu əməliyyatdan sonra ağır vəziyyətə düşüb. Ev şəraitində müalicə adı altında vəziyyəti daha da pisləşən Bəsti xanım bu gecə “Liv Bona Dea” Hospitalın reanimasiya şöbəsinə, septik-şok diaqnozu ilə yerləşdirilib.Bu faciənin ən düşündürücü tərəfi isə Ülviyyə İlyasovanın heç bir tibbi təhsili olmamasına baxmayaraq, əməliyyat aparmağa davam etməsidir."
Xatırladım ki,bu il aprelin 16-da Ülviyyə İlyasovanın “liposaksiya-piysovurma” əməliyyatı etdiyi daha bir xəstə, eltisi,1984-cü il təvəllüdlü Səbirə Vəliyeva cərrahi əməliyyatdan sonra ö*lüb.Hadisə ilə bağlı Yasamal Rayon Prokurorluğu məlumat yayaraq bildirib ki, toplanmış sübutlar əsasında Ülviyyə İlyasovaya Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələrilə yekun ittiham elan edilərək barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.