Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İranda sərnişin təyyarəsi təcili eniş edib

İranda sərnişin təyyarəsi təcili eniş edib.
RegionTV.info APA-ya istinadən bildirir ki, yerli vaxtla saat 07:47 radələrində Tehran şəhərindən Pakistanın Kəraçi şəhərinə uçan təyyarə İranın Zahidan şəhərində təcili eniş edib.
Təyyarənin təcili eniş etməsinə səbəb Kəraçi hava limanında dumana görə eniş etməyin mümkün olmaması göstərilib.
Məlumata görə, sərnişinlərdən xəsarət alan olmayıb.
Təyyarə eniş etdikdən 2 saat sonra yanacaq dolduraraq yenidən Kəraçi istiqamətinə uçub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də