Azərbaycanda şəhid aillələrinin üzvlərinə yeni imkanlar yaradılır.
RegionTV.info Trend-ə istinadən bildirir ki, bununla bağlı "Məşğulluq haqqında" qanuna dəyiliklik edilməsi nəzərdə tutulur.
Dəyişikliklərə əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin dairəsinə şəhid ailəsinin üzvləri də aid edilir. Bundan sonra peşə hazırlığının, işsiz şəxslərin özünüməşğulluğunun və sosial iş yerlərinin təşkili zamanı şəhid ailələrinin üzvlərinə də digər həssas qruplarla birlikdə üstünlük veriləcək
Son dövrlər dövlət qəbul etdiyi bir sıra qanunvericilik aktları ilə şəhid ailələrilə bağlı təminatları həm sadələşdirir, həm də onların təminatlarını daha da artırır. Bu dəyişikliklə dövlət şəhid ailələrinin sosial təminatının daha da yaxşılaşdırılması məqsədini güdür.
Xəbəri paylaş