Abşeron Rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazidə xidmət aparan zaman Masazır qəsəbəsi ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən "Şəki" kafesini aşkarlayıblar.
DİN Mətbuat Xidmətindən RegionTV.info -ya verilən məlumata görə, obyektin fəaliyyəti dərhal polislər tərəfindən dayandırılıb.
Ora baxış zamanı kafenin sahibi Rövşən Nəbiyev və daha 9 müştəri saxlanılaraq Polis İdsrəsinə gətirilib.Müştərilər barəsində inzibati qaydada tədbirlər görülərək hər biri 200 manat məbləğində cərimə ediliblər. Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb və bir daha onların diqqətinə karantin qaydalarına əməl etməyin vacibliyi çatdırılıb. Kafenin sahibinin qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməsi üçün barəsində toplanan materiallar isə məhkəməyə göndərilib.
Xəbəri paylaş