Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Kimyəvi maddələrə məruz qalma böyrək xəstəliklərinə yol açır

Kimyəvi maddələrə məruz qalma böyrək xəstəliklərinə yol açır

Yeni bir araşdırma göstərib ki, müəyyən kimyəvi maddələrə - perfluoroalkil və polifluoroalkil maddələrə (PFAS) davamlı məruz qalma yetkin insanlarda bağırsaq mikrobiomunun balansını pozaraq böyrək funksiyasının zəifləməsinə səbəb ola bilər. PFAS tez-tez gündəlik istifadə olunan məhsullarda — mebel, qida qablaşdırması və qab-qacaqda rast gəlinən, “əbədi kimyəvi maddələr” adlandırılan böyük bir sintetik kimyəvi maddələr qrupudur. Onlar həm ətraf mühitdə, həm də insan orqanizmində uzun müddət qaldıqları üçün bu cür adlandırılır.

Tədqiqatın aparıcı müəlliflərindən biri, Keck Tibb Məktəbinin tədqiqatçısı Dr. Hailey Hampson bu barədə məlumat verib: “Demək olar ki, hər kəsin qanında PFAS var və bu maddələr müxtəlif sağlamlıq problemləri ilə əlaqələndirilir. Lakin bədəndə PFAS səviyyəsini azaltmaq üçün effektiv üsullarımız yoxdur”.

Araşdırmada 17-22 yaşarası, xroniki böyrək xəstəliyinə tutulma riski yüksək olan 78 nəfər iştirak edib. İştirakçılardan qan və müəyyən nümunələr toplanaraq PFAS səviyyələri, bağırsaq mikrobiomunun vəziyyəti və metabolitlərin dəyişiklikləri təhlil olunub. Dörd il sonra iştirakçıların böyrək funksiyası qiymətləndirilib. Nəticələr göstərib ki, PFAS-a yüksək səviyyədə məruz qalan şəxslərdə böyrək funksiyası müəyyən dərəcədə zəifləyib. Bu təsir antiinflamatuar metabolitlərin azalması və iltihablı metabolitlərin artması ilə izah edilir. PFAS-a məruz qalma artıq qaraciyər zədələnməsi, tiroid xəstəlikləri, piylənmə və xərçəng kimi sağlamlıq riskləri ilə əlaqələndirilib. Lakin bu yeni araşdırma bağırsaq mikrobiomu, PFAS və böyrək xəstəlikləri arasındakı əlaqəni ilk dəfə birlikdə nəzərdən keçirib.

Araşdırmanın nəticələri “Science of the Total Environment” jurnalında dərc edilib. Tədqiqatın baş müəllifi Dr. Jesse Goodrich bu tapıntıların siyasətçilər üçün ictimaiyyəti PFAS-a məruz qalmaqdan qorumağa yönəlmiş tədbirlər hazırlamağa kömək edəcəyini vurğulayıb. Nəticədə, PFAS-in sağlamlığa mənfi təsirlərini azaltmaq və məruz qalmanın qarşısını almaq üçün qlobal səviyyədə tədqiqatlar və siyasətlər vacibdir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də