
RegionTV.az xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan dosent Ədalət Rüstəm bildirib ki, Azərbaycanda Novruz bayramına qədər toyların keçirilməsinə icazə veriləcək:
"Peyvəndlənmənin başlaması və gündəlik yoluxanların sayındakı azalma onu göstərir ki, yumşalmalar davam edəcək. Bu barədə qərarı vermək Operativ Qərargahın səlahiyyətindədir. Hər şey müsbətə doğru gedir. Toylar keçirilən zaman 3 mühüm qaydaya əməl edilməlidir. Belə 500 nəfərlik zalda 100 masa varsa, onun sayını 40-a endirmk lazımdır.
Əgər bir masada 12 nəfər otururdusa, bu gün 6 nəfərə endirmək lazımdır. Stulların arasında metr yarım, masalar arasında isə 2 metr məsafə olmalıdır. Operativ Qərargah toylarla bağlı təlimatları hazırlamalıdır. Vətəndaşlarımız da, həmin təlimatlar əsasında da toyları keçirməlidir. 300 nəfərlik zalda artıq 100-150 nəfər dəvət edilməlidir. İnsanlarımız 50-80 nəfərlə toylarını keçirməyə razı olmayacaq".