Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Məktəb sinifləri icarəyə verilə bilər? - Rəsmi CAVAB 

Məktəb sinifləri icarəyə verilə bilər? - Rəsmi CAVAB 

Kürdəmir şəhərindəki 9 illik orta məktəbdə kommersiya kursunun fəaliyyət göstərməsi valideynlərin narazılığına səbəb olub. Valideynlər iki təhsil sisteminin bir arada olmasından narahat olduqlarını bildiriblər. Mediada yer alan bu xəbər hələ bir neçə il əvvəl “məktəblərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması” ilə bağlı müzakirələrə yenidən diqqət yönəldib.

 “Ümumtəhsil məktəblərinin sinifləri, zalı və ya həyəti icarəyə verə bilərmi?” sualı sosial medianın da müzakirə mövzusuna çevrilib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən "Kaspi"yə bildirilib ki, “Ümumi təhsil haqqında” qanuna əsasən, ümumi təhsil müəssisəsi öz nizamnaməsi çərçivəsində profilinə və fəaliyyət istiqamətlərinə uyğun olaraq, təhsilin prioritetliyini əsas götürməklə Nazirlər Kabinetinin müəyyən etdiyi sahibkarlıq növləri və innovasiya fəaliyyəti ilə məşğul ola bilər:

 “Mövcud qanunvericiliyə görə, sahibkarlıq və innovasiya fəaliyyətini təmin etmək üçün təhsil müəssisəsinin nəzdində müvafiq təcrübə-istehsalat sahələri yaradıla, əlavə məşğələlər keçirilə, ödənişli əsaslarla dərnəklər, maraq kursları, sərgilər və s. təşkil oluna bilər”.

 Belə ki, ümumi təhsil müəssisəsi ilə fiziki və ya hüquqi şəxslər arasında birgə fəaliyyət haqqında müqavilələr bağlana, özəl hazırlıq kurslarından və digər tədris mərkəzlərindən təlimçilər cəlb edilməklə məktəbdə ödənişli kurslar təşkil edilə bilər:

 “Məktəbin binası və ya binanın hər hansı bir hissəsi məktəbin özü və ya təhsili idarəetmə orqanları tərəfindən icarəyə verilə bilməz. Dövlət əmlakının icarəyə verilməsi müvafiq dövlət orqanı tərəfindən həyata keçirilir”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də