
Azərbaycan Tibb Universitetinin (ATU) Stomatologiya fakültəsinin III kurs tələbəsi Hüseynova Nərmin Kamal qızı dəm qazından vəfat edib.
O, yaşadığı mənzildə faciəvi hadisənin qurbanı olub.
***
15:48
Azərbaycan Tibb Universitetinin (ATU) Stomatologiya fakültəsinin III kurs 422A-2a qrup tələbəsi Hüseynova Nərmin Kamal qızı vəfat edib.
Bu barədə ATU-nun Mətbuat xidmətindən bildirilib.
Nərmin Hüseynova 2022-ci ildə Akademik Zərifə Əliyeva adına Xaçmaz şəhər 8 N-li məktəb-liseyi fərqlənmə ilə bitirib.
2022-ci ildə 597.3 balla Azərbaycan Tibb Universitetinin Stomatologiya ixtisasına dövlət sifarişi əsasında qəbul olunub.
ATU rəhbərliyi, professor-müəllim heyəti və tələbələri adından mərhumun ailəsinə başsağlığı verilib.
Allah rəhmət eləsin!