ABŞ Müdafiə Nazirliyi 2023-cü ildə hərbi qulluqçular arasında 523 intihar hadisəsi qeydə alıb ki, bu da əvvəlki illə müqayisədə 6% çoxdur.
Bu barədə Pentaqonun məlumatında deyilir.
Qeyd edilib ki, 2023-cü ildə ABŞ hərbçiləri arasında intiharların sayı əvvəlki illə müqayisədə 30 nəfər çox olub. Bildirilir ki, intihar halları fəal kadrlar arasında 12 faiz, ehtiyatda olanlar arasında isə 8 faiz artıb. Eyni zamanda, Milli Qvardiyanın əməkdaşları arasında müvafiq göstərici 5% azalıb.
2023-cü ildəki rəqəmlərin əvvəlki illə müqayisədə daha yüksək olmasına baxmayaraq, Pentaqon vurğulayır ki, ümumi statistika sabit olaraq qalan uzunmüddətli tendensiyaya uyğundur.
Əlavə edilib ki, “hər bir intihar hadisəsinə böyük diqqət yetirilir və müdafiə naziri Lloyd Ostinin rəhbərliyi altında hərbçilərə qayğı göstərilir”.