
Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.
Şəhərin Hacı Zeynalabdin qəsəbəsində 1982-ci il təvəllüdlü Elmar Qədimov tanımadığı şəxs tərəfindən bıçaqlanıb.
Yaralı dərhal Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Qonşuları bildirib ki, E.Qədimov sakit insan olub, ailəlidir və iki övladı var.