
Ötən gün Ağstafada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin bir sıra detalları məlum olub.
Muğanlı kəndində baş verən hadisəni törətməkdə şübhəli bilinən, sürücü 1982-ci il təvəllüdlü Şöhrət Mehdiyev ölən piyada, 1985-ci il təvəllüdlü Rəşad Mehdiyevin qardaşıdır.
Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.