Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Spirtli içkilər və siqaret vaksinin effektivliyinə təsiri edirmi? - AÇIQLAMA

Azərbaycanda vaksinasiya prosesi artıq bir neçə gündür başlayıb. Həm paytaxt Bakı, həm də digər şəhərlərdə insanların vaksinasiya prosesi həyata keçirilir.
RegionTV.info baku.ws-ə istinadən bildirir ki, vaksin vurulan insanların bəzi qaydalara riayət etməsi mütləqdir.
Peyvənd vurduran şəxslər bir müddət özlərinə bəzi məhdudiyyətlər tətbiq etməlidir. Bunu yoluxucu xəstəliklər kafedrasının dosenti, infeksionist Sədrəddin Atakişizadə də təsdiqləyib:
"Hər hansı dərman preparatı və ya vaksin vurulan insanlar spirtli içkilər qəbul edirsə, onda qanda həmin dərman maddələrinin və ya vaksinin təsir effektivliyi aşağı düşür. Biz vaksinasiya olunan şəxslərə məsləhət görürük ki, bu dövrdə alkohol qəbul etməsinlər.
Siqaretin də mənfi təsirləri var. Məsləhətdir ki, bunu da etməsinlər. Siqaret birbaşa vaksinin keyfiyyətini aşağı salmır. Daha çox orqanizmə mənfi təsir edir. Amma spirtli içkilər qətiyyən olmaz".

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də