Şabran rayonunda 8 noyabr Zəfər Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb. Şabran rayon şəhidlər xiyabanı ziyarət edilib.
Zəfər Günü münasibəti ilə baş tutan tədbirdə parlamentin deputatı Mahir Süleymanlı, Şabran rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, rayon hüquq-mühafizə orqanlarını əməkdaşları, şəhid ailələri, o cümlədən ictimaiyyət nümayəndələri iştirak ediblər.