Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Sabahdan bu qadağa aradan götürülür - RƏSMİ AÇIQLANDI

"Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən aparılan yumşaldılma tədbirləri çərçivəsində yanvarın 22-dən milli parkların qapıları ziyarətçilər üçün açıqdır".
Bu barədə RegionTV.info-nun  sorğusuna cavab olaraq, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.
Onun sözlərinə görə, Milli parklar əvvəlki rejimdə, saat 09:00-dan 18:00-dək fəaliyyət göstərəcək:
"Turistlər karantin rejiminin tələblərinə əməl etməklə milli parkları ziyarət edə və qapalı məkanlar istisna olmaqla, açıq havada təbiətimizin gözəlliklərini seyr edə bilərlər.
Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng landşaft komplekslərini əhatə edir".

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də