Ukraynada Rusiya Silahlı Qüvvələrinin daha bir generalı öldürülüb.
Rusiya ordusunun general-mayoru Pavel Yuriyeviç Klimenko həyatını itirib.
Onun ölümünü yaxın qohumu da təsdiqləyib.
Klimenko noyabrın 6-da öldürülüb, lakin onun ölüm şəraiti barədə məlumat verilməyib.
General 5-ci Donetsk motoatıcı briqadasına komandirlik edib.
Qeyd edək ki, Klimenko Rusiyanın Ukraynaya hücum etməsindən sonra həlak olan səkkizinci rus generalıdır.