Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gürcüstanın Baş naziri Əli Əsədova məktub göndərib

Gürcüstanın Baş naziri Əli Əsədova məktub göndərib

Gürcüstanla Azərbaycan arasında möhkəm tərəfdaşlıq əlaqələrini daha da gücləndirmək üçün hazır olduğumuzu bir daha təsdiqləmək istəyirəm.

Bu, Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycan Baş naziri Əli Əsədova göndərdiyi məktubda yer alıb.

Qeyd edilib ki, məktubda Gürcüstanda keçirilmiş parlament seçkilərində əldə olunmuş qələbə münasibətilə Ə.Əsədovun Kobaxidzeyə göndərdiyi təbrikə görə minnətdarlıq ifadə edilib:

"Fürsətdən istifadə edərək Gürcüstanla Azərbaycan arasında möhkəm tərəfdaşlıq əlaqələrini daha da gücləndirmək üçün hazır olduğumuzu bir daha təsdiqləmək istəyirəm. Ölkələrimiz arasındakı strateji münasibətlər regionda sülh və sabitlik üçün olduqca əhəmiyyətlidir və inanıram ki, birgə səylərimizlə, bütün sahələrdə gələcək əməkdaşlığımız daha da möhkəmlənəcəkdir", - deyə məktubda vurğulanıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də