
RegionTV.info "APA"-ya istinadən xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsi 1 ünvanında baş verib.
1995-ci il təvəllüdlü Babayev Xanbaba Xanağa oğlu naməlum şəxslər tərəfindən döyülüb.
O, sol körpücük sümüyünün sınığı və baş nahiyəsinin əzilmiş-kəsilmiş yaraları ilə 3 nömrəli şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.