2024-cü ilin ötən dövrü ərzində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin yerli icra və probasiya qurumlarının icraatına aliment tələbinə dair 765 icra sənədi daxil olub, icraatda olan aliment tələbinə dair 580 icra sənədi icraatdan çıxarılıb.
Bunu "report"a açıqlamasında nazirliyin icra və probasiya şöbəsinin rəisi İntiqam Vəliyev deyib. O bildirib ki, 2024-cü ilin müvafiq dövrü ərzində icraatda olmuş 3699 aliment tələbinə dair icra sənədi üzrə 6243 yetkinlik yaşına çatmayan uşağı saxlanılması üçün ümumilikdə tələbkarlara 3.385.326 manat aliment ödətdirilib.