
Gəncədə silah-sursat tapılıb.
DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə şəhər ərazisindəki su kanallarının birinin içində silah-sursat olması barədə məlumat daxil olub.
Polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçirib və oradan 1 ədəd “AKM” markalı avtomat, 2 ədəd avtomat darağı, 203 ədəd müxtəlif çaplı avtomat patronu aşkar edərək götürüblər. faktla bağlı araşdırmalar davam etdirilir.