Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ramiz Mehdiyev daha bir vəzifədə QALIR

Ramiz Mehdiyev daha bir vəzifədə QALIR

Akademik Ramiz Mehdiyevin adı yenidən gündəmə gəlib. Buna səbəb onun indiyə kimi tutduğu daha bir postun - Azərbaycan Milli Ensiklopediyasında redaksiya heyəti sədrinin birinci müavini vəzifəsinin ləğv edilməsi olub.

Bu, Ramiz Mehdiyevin itirdiyi sonuncu vəzifə deyil.

86 yaşlı akademik hələ daha bir rəsmi vəzifə daşımaqdadır. Belə ki, o, hazırda Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvü olaraq qalır. Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının tərkibinə Prezidentin 23.10.2019-cu il tarixli Fərmanı ilə daxil edilib.

Akademik R.Mehdiyev 7 fevral 1995-ci ildən – 23 oktyabr 2019-cu ilədək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri olub

O, oktyabr 2019 – 14 fevral 2022-ci il tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini tutub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də