Türkiyədə “Kainatın fotomodeli 2024” beynəlxalq müsabiqəsi keçirilib, yarışda 30 ölkədən 45 iştirakçı iştirak edib.
Erməni model Diana Lepejyan yarışda birinci yeri tutaraq “Kainatın fotomodeli” adını qazanıb.
Diana İrəvan Dövlət Universitetinin Roman-german filologiyası fakültəsini bitirib və iki xarici dildə - ingilis və rus dillərində danışır.
“Bu mənim ilk qələbəmdir: Türkiyədə - Egey sahilindəki tarixi Kuşadasında keçirilən beynəlxalq gözəllik yarışmasında iştirak etdim və əsas mükafatı - “Kainatın fotomodeli” adını qazandım”, - o özünün Instagram səhifəsində yazıb.