Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"BakıKart" adı altında saxta səhifələr açılıb - XƏBƏRDARLIQ

"BakıKart" adı altında saxta səhifələr açılıb - XƏBƏRDARLIQ

"BakıKart" adı altında sosial mediada saxta səhifələr açılıb".

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, bu səhifələr "4 AZN ödəyərək 6 ay pulsuz istifadə" kimi yalan məlumatlar yayaraq istifadəçiləri aldadır və bank kartı məlumatlarını mənimsəyir.

"Təhlükəsizliyinizi qorumaq məqsədli rəsmi "BakıKart" səhifələrini izlədiyinizə əmin olun, şəxsi məlumatlarınızı paylaşmadan əvvəl səhifənin etibarlılığını yoxlayın, yalnız rəsmi mənbələrdən məlumat əldə edin," - deyə məlumatda qeyd olunub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də