Bədəndəki digər orqanlardan fərqli olaraq beynin düzgün işləməsi üçün çoxlu enerjiyə ehtiyacı var. Enerji əskikliyi, yaşlanma və alzheimer xəstəliyi beyni zəiflədir. Bu xəstəliyə qarşı ümidverici bir kəşf tapılıb.
Stanford Universitetində aparılan araşdırma zamanı bir eksperimental xərçəng dərmanının siçanlarda alzheimerin səbəb olduğu beyin metabolizmasını normallaşdırdığı və öyrənmə, yaddaş qabiliyyətlərini bərpa etdiyi aşkarlanıb.
Bu kəşf, alzheimerin müalicəsində metabolizmi gücləndirən yeni yanaşmaların potensial olaraq xəstəliyin bəzi simptomlarını geri qaytara biləcəyini göstərir. Hazırda mövcud olan dərmanlar yalnız amiloid lövhələrini çıxarmağa kömək etsə də, bu dərman beyin hüceyrələrinin enerji ilə təminatını artırır. Tədqiqatçılar bunu astrositlərin – beyin hüceyrələrinə enerji verən hüceyrələrin fəaliyyətini normallaşdırmaqla əldə etdiklərini bildirirlər.
Hələlik bu təcrübələr siçanlar üzərində uğurla aparılıb və nəticələrin insanlarda da təsdiqlənməsi tələb olunur.
Tədqiqatın nəticələri “Science” jurnalında dərc edilib.