Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ordumuzun Qars təliminə İrəvanın “cavabı”: təxliyə...

Ermənistan Türkiyənin Qars vilayətinə yaxın 2 kənddə köçürülmə-təxliyə təlimi keçirəcək.
RegionTV.info "Sfera.az"-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, təlim sabahdan başlayacaq, 26 yanvarda bitəcək.
Təlimdə əhalinin məlumatlandırılması, evakuasiyası və sığınacaqların tapılması istiqamətində tədbirlər həyata keçiriləcək.
Qeyd edək ki, fevralın 1-dən Azərbaycan və Türkiyə hərbçilərinin Qars vilayətində son dövrlərin ən böyük hərbi təlimi başlayacaq. Bu təlim ərəfəsində ermənilərin təxliyəni "məşq etməsi” diqqət çəkib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də