Ötən gün Bakıda davamlı yağışlar nəticəsində 123 nömrəli tam orta məktəbin həyətyanı ərazisini əhatə edən hasarın bir hissəsi aşıb. Məsələ ilə bağlı dərhal müvafiq qurumlara müraciət edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Hadisədən sonra oktyabrın 22-də məktəbdə tədris prosesi müvəqqəti olaraq dayandırılmışdı.
Valideynlərin verdiyi məlumata görə, 123 nömrəli orta məktəbdə dərslər bərpa olunub.
Xatırladaq ki, 123 nömrəli məktəb 1894-cü ildə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev tərəfindən inşa edilib. 1941-1945-ci illərdə məktəbin binasında hərbi hospital fəaliyyət göstərib. İkinci Dünya müharibəsindən sonra məktəb səkkizillik məktəbə çevrilib, 1978-ci ildən etibarən isə onillik orta məktəb kimi fəaliyyətə başlayıb. Hazırda məktəb onbirillik orta məktəb kimi fəaliyyət göstərir.