
Azərbaycan Ordusunun zabiti faciəli şəkildə ölüb.
Leytenant Elnur Cabbarov Qubadlıda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.
Belə ki, onun idarə etdiyi "Mercedes" markalı avtomobil rayonun Muradxanlı kəndi ərazisində aşıb. Hadisə nəticəsində E.Cabbarov həyatını itirib.