
Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən mağazaların birindən 2000 manat dəyərində geyim əşyaları oğurlamaqda şübhəli bilinən 30 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.
Bu barədə DİN-dən bildirilib.
Araşdırma aparılır.