Bakının Nərimanov rayonu ərazisində Heydər Əliyev prospektində Bağırov korpüsünün altındakı tuneldə subasma nəticəsində yaranan fəsadlar aradan qaldırılır, nəqliyyat vasitələrinin hərəkəti növbəli şəkildə tənzimlənir.
Bu barədəBakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və ictimai işlər üzrə rəisi Toğrul Nəsirli bildirib.
Qeyd edib ki, tunel qismən nəqliyyət vasitələrinin istifadəsinə verilir. Bundan başqa, sürücülər alternativ olaraq Heydər Əliyev prospektinin köməkçi yollarından istifadə edir.
T. Nəsirli onu da vurğulayıb ki, ərazidə DYP tərəfindən nəzarət tədbirləri həyata keçirilir.