Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

G7 ölkələrinin müdafiə nazirləri görüşdü: ilk dəfə

G7 ölkələrinin müdafiə nazirləri görüşdü: ilk dəfə

İtaliyanın “Böyük Yeddiliyə” (G7) sədrliyi çərçivəsində tarixdə ilk dəfə olaraq G7 formatında müdafiə nazirlərinin görüşü keçirilib.

  Neapol şəhərinin ev sahibliyi etdiyi görüşdə İtaliya, ABŞ, Almaniya, Fransa, Kanada, Böyük Britaniya və Yaponiyanın müdafiə nazirləri, həmçinin NATO-nun Baş katibi Mark Rutte və Avropa İttifaqının Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel iştirak ediblər.

 Toplantıda qlobal səviyyədə müdafiə və təhlükəsizlik məsələləri, o cümlədən Rusiya-Ukrayna münaqişəsi, Yaxın Şərqdə artan gərginlik, Afrikadakı qeyri-sabitlik və Hind-Sakit okean regionundakı mövcud vəziyyət müzakirə olunub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də