Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Qədimdəki kimi insanlarda gərək bir az bazar mədəniyyəti olsun...”






Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov əhaliyə təmiz bezdən hazırlanmış torbalar payladığını bildirib. Ekspert layihə çərçivəsində hazırlanan torbaların ekoloji cəhətdən təmiz və ətraf mühitə ziyansız olduğunu deyib:

“Azad İstehlakçılar Birliyi, Preziden Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Ekologiya Nazirliyi ilə insanların plastik torbalardan azad olunması və ətraf mühitin çirkənməsinin qarşısını almaq üçün layihə həyata keçirir. Bu gün Azad İstehlakçılar Birliyinin əməkdaşları Nəsimi rayonu ərazisində layihə çərçivəsində istehsal olunmuş ekoloji, təmiz bezdən hazırlanmış torbaları təmənnasız olaraq marketə gələn insanlara paylayıb. Layihə çərçivəsində 330 torba hazırlanması nəzərdə tutulmuşdu, lakin Azad İstehlakçılar Birliyi müəyyən işlər apardı və layihədəkindən artıq 444 torba hazırlanmasına nail olduq. 

Bazar zənbillərinin üzərində bizim qurumun telefon nömrələri var, 23 ildir istehlakçı hüquqlarını tam təmannasız qoruyuruq. Həmin telefon nömrələri ilə istehlakçılar problemləri olan zaman bizimlə əlaqə saxlaya bilərlər. Azad İstehlakçılar Birliyi çalışır ki, ölkədə plastik taralardan həm qablaşdırıcı şirkətlər, yəni istehsalçılar azad olunsun və istehlakçılar şüşə taralarda qablaşdırılmış mallara üstünlük versinlər. Bununla da ölkədə mümkün qədər plastik taralardan imtina olunsun. Biz dəfələrlə hökumətə təklif vermişik ki, ən azı bizdə də MDB-dəki təcrübələr  tətbiq olunmalıdır, yəni plastik torbalar  pulla satılmalıdır ki, insanlar ekoloji və təmiz torbalara keçsinlər. Qədimdəki kimi insanlarda gərək bir  az bazar mədəniyyəti olsun. Məsələn, bizim payladığımız torbalara  cənub zonasında istehsal olunan və talış zənbili adlanan zənbillər alternativ ola bilər. Düşünürəm ki, bu Azərbaycanda geniş şəkildə tətbiq olunmalıdır”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də