"Nizami" -"28 may" tunel yolu mənzilində qatar maşinisti tüstülənmə müşahidə edib və dərhal dispetçer mərkəzinə məlumat verib
Bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən məlumat verilib.
"Bakı Metopoliteni"nin normativlərinə uyğun olaraq, dərhal yüksək gərginlik çıxarılıb. Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumlarına xəbər verilərək yanğınsöndürmə xidməti çağırılıb. "Nizami" stansiyası sərnişinlərin girişinə bağlanılıb. Tüstülənmənin səbəbi aşkarlanıb. İşıqlandırma kabelində tüstülənmənin qarşısı dərhal alınıb. Bununla bağlı sərnişinlər və hərəkət təhlükləsizliyi ilə bağlı hər hansı neqativ hadisə baş verməyib. 25 dəqiqədən sonra qatarların hərəkəti bərpa olunub. "Nizami" stansiyası sərnişinlərin girişinə açılıb. Sərnişin təhlükəsizliyi ilə bağlı hər hansı problem yoxdur. Hazırda hər iki xətt üzrə qatarların hərəkətinin intervallara uyğun bərpası üzrə işlər görülür".