Maliyyə Nazirliyi 2025-ci ilin dövlət və icmal büdcələrinin göstəricilərinə dair açıqlama yayıb. Sənəddə gələn ilin dövlət və eləcə də icmal büdcə üzrə əsas göstəricilər bəyan edilib.
Burada ən çox diqqəti çəkən məqamlardan biri gələn il sosial istiqamətə ayrılan vəsaitlər və sosial paketinin genişlənmə imkanları ilə bağlıdır.
Sənədə əsasən, gələn il dövlət büdcəsinin sosial müdafiə və sosial təminat xərclərinin 4 milyard 811 milyon manat olacağı gözlənilir. 2024-cü ildə isə bu istiqamətə 4 milyard 391 milyon manat ayrılması nəzərdə tutulub.