Rusiya Federasiyasının prezidenti Vladimir Putunin Mərkəzi Klinik Xəstəxanada görünməsi müxtəlif şayiələrə səbəb olib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a bildirib ki, Vladimir Putinin səhhətində heç bir problem yoxdur. Onun sözlərinə görə, Putinin kliniyaya getməsi adi tibbi müayinələridir.
Putinin özüə də ötən gün hökumətlə görüşdə bildirib ki, o, müntəzəm olaraq Mərkəzi Klinik Xəstəxanada tibbi müayinədən keçir. Bu, bütün ölkə ərazisində aparılan mövsümi qrip peyvəndi kontekstində müzakirə olunub.
Rusiya prezidenti bildirib ki, Mərkəzi Klinik Xəstəxananın həkimləri Rusiya dərmanı ilə peyvənd etməyi məsləhət görürlər.
Mərkəzi Klinik Xəstəxana Rusiya Federasiyası Prezidentinin Administrasiyasının bir hissəsidir.