
Vətən müharibəsi şəhidi Cahangir Baxışovun atası vəfat edib.
Şəhid atası Əmrah Baxışov yaşadığı Qobustan rayonunda xəstəlik səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, C. Baxışov 2001-ci ilin aprelin 1-də Qobustanın Nardaran kəndində anadan olub.
Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən Cahangir 2020-ci ilin oktyabrın 9-u şəhid olub. “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və 3-cü dərəcəli “Vətənə xidmətə görə” medalları ilə təltif edilib.